Nazim Hikmət və Nüzhət

Tarix
Nazim və Nüzhət uşaqlıq dostu idilər. Moskvada universitet tələbəsi olarkən evlənirlər. Nüzhətin ailəsi bu evliliyə razı deyildi. Moskvaya məktubları yağmur kimi yağdırırlar. “Hər sözü ilə, hər hərəkəti ilə hər şeyə üsyan etmiş, hətta saçları bərbər darağına üsyan etmiş bu adamla sənin kimi munis və itaətkar bir qız dolanmaz!” deyirlər.
Bir ara Nüzhətin sağlamlığında problem yaranır və məmləkətinə dönür. Nə qədər müalicə olunub yaxşılaşmış olsa belə, artıq Nazimə yoldaşlıq edə bilməyəcəyini düşünür. Bəlkə də, ailəsinin təsiri ilə boşanmağa qərar verir. Nikahları Moskvada kəsildiyi üçün boşanmaq kimi hüquqi bir problem də yaşamırlar. Bu qərarla yıxılır sanki şair. İki il davam edən bu evliliyin bitməsi şairə məşhur “Mavi gözlü dev, minnacık kadın və hanımelleri” şeirini yazdırır:
O mavi gözlü bir devdi,
Minnacık bir kadın sevdi.
Kadının hayali minnacık bir evdi,
bahçesinde ebruli hanımeli açan bir ev.
Şeirdən xəbərdar olan Nüzhət ona bir məktub göndərərək bildirir ki, onların ayrılığının səbəbi “bahçesinde ebruli hanımeli açan bir ev” deyil, düşüncə fərqi idi. Cavab şairi sarsıdır. Nüzhətin onu tərk etməsinin ardından Nazim Hikmət bir qərar verir: o, artıq tərk edilən yox, tərk edən olacaq deyə bu evliliyə son qoyur.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir