Emin Əmrullayev kolleclərdə müəllimlik ixtisasının ləğvi məsələsini gündəmə gətirib

Təhsil

Elm və təhsil naziri Emin Əmrullayev kolleclərdə müəllimlik ixtisasının ləğvi məsələsini gündəmə gətirib. Ekspertlər də naziri dəstəkləyirlər, amma əlavə edirlər ki, bu proses tədricən getməlidir.

Elm və təhsil naziri Emin Əmrullayevin keçirdiyi brifinqdə səsləndirdiyi fikirlər kolleci bitirən müəllimlərin və hazırda kolleclərdə təhsil alan tələbələrin taleyi məsələsinə də aydınlıq gətirilməsini istəyir. Nazir qeyd edib ki, ölkədə həm kollec, həm bakalavr, həm də magistr səviyyəsində müəllim hazırlığı var, amma bəzi ixtisasların kolleclərdə olması vacib deyil.

Kolleclərdə təhsil almaq universitetlərin sayının az olduğu dönəmlər üçün aktual idi: “Vaxtilə savadsızlıq baxımından iki illik müəllim hazırlığına ehtiyac olub və kollec təhsili ilə kifayətləniblər. Amma bu gün bizim başqa müəllimə ehtiyacımız var”. Nazirin sözlərinə görə, gələcək dönəm üçün məktəbəqədər təhsil üzrə də müəllim hazırlığı məhdudlaşdırılacaq.

Təhsil mütəxəssisləri də kolleclərdə müəllim ixtisaslarının tədricən ləğvini təhsilin keyfiyyətinin artırılması istiqamətində lazımlı addım hesab edirlər.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir