Türkmənistanda “Leyli və Məcnun” tamaşası səhnəyə qoyulur.Leyli rolunu Əhməd Ağdamski ifa edir.Türkmən varlı ağalarından biri,xəbər göndərir ki,Leylini mənə verin.Ailə qurmaq istəyir.Nə qədər istəsəniz pul verəcəm.
Aktyorlar nə qədər and-aman edirlər ki,Leyli rolunu oynayan qadın deyil kişidir.Türkmən buna inanmır.Oyunçuları mühasirəyə alıb döymək istəyirlər.Sonda üzündəki qrimi təmizləyib Leylinin kişi olduğuna inandırmaq mümkün olur.Axır ki,Türmən ağa əl çəkir.
Əhməd Ağdamski Üzeyir Hacıbəyovum xalası oğlu olub.
MUASIRMEDIA.AZ