ADY-də yeni yaradılmış Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin rəhbəri vəzifəsi Əsəd Məmmədova həvalə edilib.
Əsəd Məmmədov 1984-cü ildə anadan olub. Bakı Dövlət Universitetində “Tətbiqi riyaziyyat və iqtisadi kibernetika” ixtisası üzrə bakalavriat pilləsini bitirib. Hazırda Böyük Britaniyanın York Universitetində “Executive MBA” proqramı üzrə təhsilini davam etdirən Əsəd Məmmədov karyerası dövründə menecment üzrə “Lean Six Sigma White Belt”, maliyyə modelləşdirilməsi üzrə “Financial Modeling & Valuation Analyst” (FMVA) və təhlükəsizlik standartı üzrə “Functional Safety Engineer” (FSEr) sertifikatlarını alıb.
Əmək fəaliyyətinə 2005-ci ildə başlayıb, bank sektorunda risklərin idarə olunması və müştəri xidmətləri sahələrində rəhbər vəzifələrdə çalışıb. 2019-cu ildən ADY-də çalışır. 2023-cü ildən Hərəkətin təhlükəsizliyi departamentinin müdir müavini vəzifəsində işləyib.
MUASİRMEDİA.AZ