Hüseyn Hüseynzadə Hüseyn Arif imzasıyla yazıb yaradıb

Cəmiyyət
Lətifələr qəhrəmanı, məzəli insan kimi tanınan Hüseyn Arifi ömrünün xeyli hissəsini dərd-qəm içində keçirib. Tək oğlu Arifin ölümü onun həyatını alt-üst edib. 21 yaşlı oğlu Arif avtomobil qəzasında öləndən sonra Hüseyn Hüseynzadə Hüseyn Arif imzasıyla yazıb yaradıb. Cəmi 68 il ömür sürüb. Amma kim bilir, oğul dağı olmasaydı, daha neçə il yaşaya bilərdi. Şeirlərinin birində belə deyir:
Hüseyn Arifəm, közə dözərdim,
Enişə, yoxuşa, düzə dözərdim.
Səksənə, doxsana, yüzə dözərdim,
Əllidə Arifi itirməsəydim…
Başına gələn faciədə özünü günahkar bilib. Düşünüb ki, balası olan heyvanları ovladığı üçün onların ahı, qarğışı övladını tutub. Hətta ovçuluq etdiyi zamanlarda ovladığı heyvanlar haqda ürək ağrısı ilə yazıb və sonda şeiri belə misra ilə bağlayıb:
Hüseyn Arif, qısa elə sözünü,
Bu qan səni tutasıydı, tutdu da!

MUASIRMEDIA.AZ