Azərbaycanla Türkiyə arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş təsdiqlənib

ölkə

Prezident İlham Əliyev bununla bağlı Fərma imzalayıb.

Fərmana əsasən, 2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Saziş qüvvəyə mindikdən sonra Dövlət Turizm Agentliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərmək tapşırılıb.  MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir