Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi vətəndaşdan satış məqsədi ilə narkotik vasitələr əldə edən Rəşad Süleymanlı saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxsdən ümumi çəkisi 2 kiloqram olan marixuana, heroin və metamfetamin aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi açılıb, R.Süleymanlı barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
MUASIRMEDIA.AZ