Bu günə miras qalan “İSGƏNDƏRNAMƏ ” POEMASI

Cəmiyyət

Nizami Gəncəvinin “Xəmsə” toplusuna daxil olan əsərlərindən sonuncusudur. Poemanın 1200-1203-cü illər arasında yazıldığı ehtimal edilir. Şairin lirik şeirlərində və digər poemalarında qaldırdığı ictimai problemlər bu əsərdə tam bədii əksini tapmışdır. İyirmi min misraya yaxın olan “İsgəndərnamə” poeması iki hissədən ibarətdir: birinci hissə “Şərəfnamə”, ikinci hissə “İqbalnamə” adlanır. “Şərəfnamə” Azərbaycan atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, “İqbalnamə” isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. “Şərəfnamə” Mikayıl Rzaquluzadə tərəfindən fars dilindən Azərbaycan dilinə tərcümə edilmişdir.

Nizami bu poemanı yazarkən qədim dünyanın ən böyük sərkərdələrindən Makedoniyalı İsgəndəri öz əsəri üçün qəhrəman seçmiş, onun haqqında müxtəlif mənbələrdən material toplamış, onları öz həyat idealına istək və arzularına uyğun şəkildə işləyib möhtəşəm bir sənət əsəri yaratmışdır.

İnsanda insanlıq öləndən bəri

İtmiş insanlığın parlaq gövhəri
İnsanlıq nəşqini oxusan bir-bir
Bilərsən bu günü insanlıq nədir
Gözlərin bəbəyi neçin qaradır?
İnsanlıq ölmüşdür, matəm saxlayır.
Nizami Gəncəvinin “İskəndərnamə”
poemasından
1 kişi görseli olabilir
MUASİMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir