Yeni xəstəlik Çində azyaşlılar kor edir

Dünya

Çində uşaqlar arasında yeni xəstəlik – xarici retinal disfunksiya (HORD) yayılıb.

“JAMA Ophthalmology” jurnalında dərc olunan araşdırmaya görə, yüksək hərarətdən əziyyət çəkən uşaqlarda bir-iki həftə sonra korlaşma gedir.

3-7 yaş arası 8 uşaq arasında aparılan araşdırmanın nəticələri göstərir ki, şiddətli simptomları olsa da, uşaqların görmə qabiliyyəti bir il ərzində qismən bərpa edilir.

Xəstəliklə bağlı elmi araşdırmalar davam etdirilir.

MUASİRMEDİA.AZ