Çexiya Prezidenti Petr Pavel Ağ Ev rəhbəri Donald Trampın Ukrayna lideri Volodimir Zelenskini “diktator” adlandırmasını tənqid edib.
Teleqraf xəbər verir ki, Çexiya lideri bu barədə X səhifəsində məlumat verib.
“Seçkilər qonşu nüvə dövlətinin təcavüzündən üç ildir özünü müdafiə edən bir ölkədə keçirilsəydi, onların nə dəyəri olardı?” – o yazıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada seçkilərin keçirilməməsini əsas gətirərək Zelenskinin legitim prezident olmadığını bəyan edib və onu “diktator” adlandırıb.
MUASİRMEDİA.AZ