Kamran Əliyev xanım prokurorlara yeni vəzifə verdi

ölkə
Prokurorluq orqanlarında yeni təyinatlar olub.
 Baş Prokurorluğun Mətbuat Xidməti xəbər verir ki, baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Suad Qəhrəmanova Mətbuat xidmətinin prokuroru vəzifəsinə təyin olunub.
S.Qəhrəmanova 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub, bu təyinata qədər Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi vəzifəsində işləyib.
Digər müvafiq əmrlə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Pərvin Bağırova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin edilib.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir