Ermənilər yenə Yerablurda bir yerə cəm olublar

Dünya

MUASİRMEDİA.AZ xəbər verir ki, bunu erməni mediası yazır. Bildirilir ki, 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Milli Şurası regionun Ermənistana birləşməsini nəzərdə tutan qərar qəbul etdi:” Bu, bizə qələbələr və artsaxın azadlığı gətirən artsax hərəkatının başlanğıcı oldu”.

Ölmüş-itmiş artsaxın qondarma “parlament”inın (ləğv edilmiş qondarma qurum-red.)  yoluq cücəyə dönmüş “sədr müavini” Qaqik Bağunts ziyarət zamanı kədərlə qeyib ki, bu gün kollektiv qayıdış yolunu görəcəyimizi söyləmək çox çətindir:” Lakin buna baxmayaraq, hesab edirəm ki, bütün beynəlxalq normalara uyğun olaraq, tarixi keçmişimizə, tarixi haqqımıza uyğun olaraq, biz bu məqsədə nail olacağıq.Təəssüf ki, artsax boşalıb, ləğv edilib, lakin mən qəti əminəm ki, Qarabağ erməniləri 1980-ci illərdə olduğu kimi, bu gün də Qarabağı erməniləşdirmək əzmi ilə doludur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir