Həyatda Mütləq Heç Nə Yoxdur – Hər Şey Nisbidir

Cəmiyyət

Dünya sabit deyil, zamanla hər şey dəyişir. İnsanların dəyərləri, baxışları və həqiqət anlayışları da bundan istisna deyil. Eyni hadisə fərqli insanlar üçün tamam başqa məna kəsb edə bilər. Fizikada sübut olunduğu kimi, zaman və məkan nisbi olduğu kimi, həyatın müxtəlif sahələrində də nisbi dəyərlər üstünlük təşkil edir. Gözəllik anlayışı bunun bariz nümunəsidir. Bir insan üçün cəlbedici olan başqa birisi üçün adi və ya hətta maraqsız görünə bilər. Tarix boyu fərqli mədəniyyətlərdə gözəllik meyarları dəyişib və bu, onun mütləq olmadığını sübut edir. Sevgi də eyni şəkildə subyektivdir. Birinə görə sevgi fədakarlıqdır, digərinə görə isə azadlıq və hörmət üzərində qurulmuş bağdır. İnsan münasibətlərində bu fərqlər açıq şəkildə görünür. Ailə dəyərləri də nisbidir. Tarix boyunca ailə institutuna fərqli yanaşmalar olub. Bir dövrdə normal sayılan münasibətlər başqa bir dövrdə qəbulolunmaz hesab edilib. Lakin ailənin mahiyyəti – sevgi, hörmət və qarşılıqlı anlaşma əsasında formalaşması dəyişməz qalır. Əsas məsələ odur ki, insanlar ailə qurarkən nisbilik prinsipini nəzərə alsınlar. Fərqli baxışlara, xarakterlərə və həyat tərzlərinə uyğunlaşmaq, bir-birini anlamaq və qəbul etmək uğurlu ailə həyatının əsas şərtlərindəndir. Nisbi düşüncə tərzi insanlara daha açıq fikirli və anlayışlı olmağa kömək edir. Ailə qurarkən bu prinsipi qəbul edənlər daha möhkəm və sağlam münasibət qura bilirlər. Əsas odur ki, həyatın və insan münasibətlərinin nisbiliyini dərk edərək qərarlar verək və fərqlilikləri olduğu kimi qəbul edək. MUASİRMEDİA.AZ
HÜQUQŞUNAS ZAUR QULİYEV

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir