Arif İmran oğlu Babayev (20 fevral 1938, Sarıhacılı, Ağdam rayonu) — Azərbaycan xanəndəsi, professor (1996), Azərbaycan SSR xalq artisti adını alıb.
Mədəniyyət Nazirliyinin nümayəndələri ad günü münasibətilə Xalq artisti Arif Babayevi ziyarət ediblər
Mədəniyyət Nazirliyinin nümayəndələri ad günü münasibətilə Xalq artisti Arif Babayevi ziyarət ediblər
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri fevralın 20-də Xalq artisti, xanəndəlik məktəbimizin görkəmli nümayəndəsi Arif Babayevi ad günü münasibətilə evində ziyarət ediblər.
Nazir müavini Murad Hüseynov Arif Babayevi ad günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Azərbaycan muğam sənətinin inkişafına mühüm töhfələr verən görkəmli muğam ustadının yeni xanəndələr nəslinin yetişdirilməsində müstəsna xidmətlər göstərdiyi vurğulanıb.
Sonra sənətkara “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib.
Arif Babayev fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN
GÜLƏR AMİN




