Türkiyə Ukraynaya açıq və xüsusi təsirli dəstəyini artırır

Dünya
Yeni şəraitdə belə bir gedişat gözlənilir.  Rusiyanın mənafeyinə hətta, zidd belə olmaqla. Və Tramp-Putinin savaş həlli danışıqlarını heç də nəzərə almayıb, yan ötməklə. Necə ki, onlar sonunda danışıqlar üçün Türkiyə platformasını kənara qoyaraq Səudiyyəni seçdilər. Və bu gün Trampla Putinın Səudiyyə danışıqlarına paralel, Ərdoğanın Zelenski ilə Türkiyədəki danışıqları, onun təntənəli qəbulu ilə artıq, proses başlayıb.
Avropa isə, Türkiyəyə bu cür inadkar yolda ciddi dəstək verir. Proses gedişatda Ukrayna, Avropa xeyrinə ciddi, sabit xarakter aldıqca, Türkiyənin yeni yaradılacaq Avropa hərbi ittifaqına və həm Avropa Birliyinə qəbul məsələsi gündəmə gəlir. O əsasla ki, Türkiyə Avropa ölkəsidir və həm də onun Ukraynaya əli yetən qonşusudur. NATO-da 2-ci hərbi güc olan Türkiyənin yeni Avropa hərbi ittifaqına qoşulması Avropaya çox böyük hərbi güc verir. Və Türkiyəli Avropa ilə “hesablaşırlar”.
Nəticədə Türkiyənin qazancının Suriyadakı kimi ərazi-suverenliyi bərpa olan Ukraynada da, söz sahibi olması və Krımın tatar türklərinə qayıtma şərti ilə müstəqil dövlətə çevrilməsi də ola bilir.

P.S. O görünür ki, Suriya məsələsinə görə Putin bu danışıqların bu dəfə Türkiyədə keçirilməsinə razı olmayıb və Səudiyyə də dərhal ABŞ-Rusiya üçün platforma verib. Ərdoğan çox narnarazı qalıb.

MUASİRMEDİA.AZ