BU QAR QƏLBİMƏ YAĞIR
Bu qar qəlbimə yağır,
Ömrün payız çağnda.
Talehim yazıq, fağır,
Güllər soldu bağında.
Bu qar qəlbimə yağır,
Kədər ilə, qəm ilə.
Ürəkdə yüküm ağır,
Yola getmir mənimlə.
Bu qar qəlbimə yağır,
Saçlarıma yağan tək.
Bu qar gözümdən axır,
Göyə sovurur külək.
..
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN
..
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN