48 saata “qələbə”ni elan edəcəklər – Dəhşətli anlar başlayır
Fevralın 24-də Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalının üçüncü ildönümü tamam olur. Bu çərçivədə Kremlin daxili və beynəlxalq ictimaiyyətə “qələbə” mesajı verməyə hazırlaşdığı barədə məlumat yayılıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bildirdiyinə görə, Rusiya bu tarixi simvolik bir hadisəyə çevirmək və öz cəmiyyətinə müsbət təsir göstərmək məqsədilə müxtəlif siyasi və hərbi tədbirlər həyata keçirir.
Ukrayna kəşfiyyatının məlumatına əsasən, Kreml genişmiqyaslı informasiya kampaniyası hazırlayır və bu müddət ərzində müəyyən hərbi uğurlar əldə etdiyini göstərməyə çalışır. Hərbi-strateji baxımdan bu cür addımların əsas məqsədi həm Rusiya ictimaiyyətində müharibənin gedişatına dair müsbət təsəvvür yaratmaq, həm də beynəlxalq aləmdə danışıqlar üçün daha sərfəli mövqe əldə etməkdir.
MUASİRMEDİA.AZ