Hadisə şəhərin Plastmass yaşayış massivində, daha dəqiq desək Əliövsət Quliyev küçəsində qeydə alınıb. 70 yaşlı Nəsibə Cəfərovaya məxsus iki otaqlı anidən alışmağa başlayıb. Hadisə yerinə FHN-nin Salyan Yanğınfan Mühafizə hissəsinin yanğınsöndürən maşınları və əməkdaşlsrı cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı tikiləkərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, fərdi yaşayış evi yanaraq yararsız hala düşüb. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. Sakinlərin dediklərinə görə isə evdə yaşayış yoxdur. Qonşular bildiriblər ki, bundan əlavə evdə qaz və işıq da olmayıb.
MUASİRMEDİADA.AZ
