Azərbaycanda General vəfat edib

Hadisə

Ə.Əliyevin ürəyində xeyli müddətdir problemlər yaranıbmış. Ona görə də açıq ürək əməliyyatı keçirib.

Fevralın 22-də evində yıxılıb və başı döşəməyə dəyib. Ə.Əliyev aldığı xəsarətdən dünyasını dəyişib.

Hadisə baş verən zaman general-mayor evdə tək olub.

Mərhum sabah – fevralın 23-də “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Ərziman Mikayıl oğlu Əliyev 1956-cı ildə Göyçay rayonunda anadan olub.

O, Göyçay Rayon Polis İdarəsinin rəisi, 2004–2007-ci illərdə isə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2007-2016-cı illərdə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi işləyir.

Bu gün mərhəmət dolu qəlbi ilə sevilən, daxili iişlər orqanlarından yaxından tanıdığımız, “uşaqla uşaq”, “böyüklə böyük” olan bir paqon yoldaşımızı itirdik.

2004-2007-ci illərdə Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində, 2007-2016-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş

1 kişi ve ağaç görseli olabilir Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsində xidmət etmiş general Ərziman Əliyev 22.02.2025-ci ildə haqq dünyasına qovuşdu.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir