Şəhid Elgiz Abbaslı canını Vətənə qurban etmişdi

Hadisə
Şəhid Elgiz Abbaslı canını Vətənə qurban etmişdi.
Atası Fuad Abbasov isə hakimiyyətin şəhid ailələrinə diqqətsizliyinin, nankorluğunun qurbanı oldu.
Şəhid Elgiz Abbaslının atası Fuad Abbasov Sabirabad Rayon İcra Hakimiyyətinin binasında canına qəsd edib.

Bu barədə şəhidin əmisi oğlu jurnalist Razi Abasbəyli bildirib:…

“Əmim Fuad Abbasov bu gün Rayon İcra Hakimiyyətinin binasında canına qəsd edib. Hazırda xəstəxanadadır. İnsident qəbul məsələsi ilə bağlı yaranan gərginlik səbəbindən baş verib”.
Dünyanın dörd bir tərəfində avtoritar rejimlərin müdafiəsi üçün milyonlar xərcləyən, dünyanın 140 ölkəsinə humanitar yardım etməsilə öyünən rejim ölkənin şəhid ailələrinə, qazilərinə və veteranlarına zəruri dəstəyi vermir. Canı, qanı bahasına Qarabağı azad etmiş insanlara özünü borclu bilmir. Tam əksinə, bütün azərbaycanlıların onlara borcli olduğunu düşünür.
Avtoritar rejimlərin hamısı belədir. Özlərini xalqa yox, xalqı özlərinə borclu bilər, hamıya minnət qoyarlar.
Azərbaycanda tək adam hakimiyyəti qaldıqca təəssüf ki, bu ölkənin şəhid ailələri, qaziləri və veteranları da haqq etdiyi hörməti, dəstəyi ala bilməyəcək. Demokratiya, azadlıq və ədalət bu ölkədə hamıya lazımdır.
Deyir o.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir