Rafael və Coşqunun şousu arvadların saç yoldusu ilə başladı ilə

Şou-biznes

Respublikanın Əməkdar artisti Coşqun Rəhimov “Bu Şəhərdə – Plastik Əməliyyat” adlı konsert proqramında baş verən səhnəyə münasibət bildirib.

Coşqun öz  açıqlamasında konsert proqramından əvvəl yaşanan hadisənin real olmadığını bildirib:

“Əlbəttə, həmin səhnə şou idi. Əksər tamaşaçılar bu səhnəyə inandılar. Hətta konsertdə öz qonaqlarımız da baş verənlərə inandı və onu çox həyəcanla qarşıladılar. Bu səhnədən bizim yaradıcı komandanın üzvlərinin çoxu xəbərsiz idi, yalnız kiçik bir qisim məlumatlıydı. Səhnəni oynayanlar rəqqaslar idilər. Bu “oyun”dan sonra səhnədə rəqslərinə davam etdilər. Onlar peşəkar rəqqaslardır.

Hər dəfə konsertlərimizdə tamaşaçıları təəccübləndirməyə çalışırıq. Bu dəfə isə tamaşaçılarımızı həyəcanlandırdıq. Səhnə böyük səs-küyə səbəb oldu. İnsanlar hadisənin real olduğuna inandılar. Biz isə istədiyimizə nail olduq, yəni maraqlı, inandırıcı şou göstərdik”.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir