Məhərrəm Qasımlı: “Tarixdə od, su, külək, torpaq çərşənbələri olmayıb”
Birinci çərşənbə “Əzəl çərşənbə”dir, ona Azərbaycanın müxtəlif bölgələrində “Sular novruzu” və “Yalan çərşənbə” də deyilir.
İkinci çərşənbə “Müjdəverən”, “Muştuluqçu”, “Külə”, “Kul”, “Xəbərçi” adları ilə tanınır.
Üçüncü “Gül çərşənbə”dir. Bu çərşənbədə rəhmətə gedənlərin ruhu xatırlanıb qəbir üstünə gedildiyindən ona “Ölü çərşənbəsi” və ya “Ata-baba günü” də deyilir.
Sonuncusu ən təmtəraqlı, təntənəli şəkildə qeyd olunan “Axır çərşənbə”dir.
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN