Rusiyanın Kiyevə dron hücumları nəticəsində “Ukrinform” agentliyinin jurnalisti Tatyana Kulik həlak olub.
Bu haqqqda agentlik məlumat yayıb.
Məlumata görə, onun evinə düşən dron nəticəsində yanğın baş verib və cərrah həyat yoldaşı Pavel İvançev ilə birgə vəfat edib.
Qeyd edək ki, Tatyana Kulik “Yenilməz xalq” layihəsinin müəllifi və aparıcısı olub, Baş multimedia redaksiyasında baş redaktor vəzifəsini icra edib. MUASİRMEDİA.AZ