Meydan TV-nin daha bir jurnalist saxlanılıb – Məhkəmə qərar verdi

Cəmiyyət

Jurnalist Fatimə Mövlamlı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Xətai rayon Məhkəməsində baxılan təqdimat təmin edilib.

Qərara əsasən, Fatimə Mövlamlı barəsində 1 ay 9 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

***

Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb.

F. Mövlamlı istintaq orqanın təqdimatı əsasında məhkəməyə çıxarılacaq.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər. MUASİRMEDİA.AZ