Ukrayna üzrə Avropa sammiti Londonun mərkəzindəki “Lancaster House”da başlayıb.
Böyük Britaniyanın Baş naziri Keir Starmerin ev sahibliyi etdiyi toplantıda 18 ölkədən və birlikdən nümayəndələr iştirak edir.
Tədbirdə Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Hollandiya, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta, NATO-nun baş katibi Mark Rutte iştirak edirlər. Türkiyəni sammitdə xarici işlər naziri Hakan Fidan təmsil edir.
Görüşdən əvvəl bildirilib ki, sammit iştirakçıları Ukraynanın mövqelərinin möhkəmləndirilməsi, o cümlədən Kiyevə hərbi təchizat və Rusiyaya “iqtisadi təzyiq” məsələlərinə diqqət yetirəcəklər.
MUASİRMEDİA.AZ