Putin və Zelenski Türkiyəyə gəlir – Ankaradan xəbər

Dünya

Avropa liderlərinin martın 2-də Londonda baş tutacaq görüşündə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Ukrayna ilə Rusiya arasında sülh danışıqları ilə bağlı təklifini təsdiq edəcək.

“Reuters” agentliyinə türkiyəli diplomat belə deyib. Agentlik xatırladıb ki, Türkiyə 2022-ci ildə Ukrayna ilə Rusiya arasında ilk danışıqlara ev sahibliyi edib.

Ankara taxıl yüklərinin  Qara dənizdən təhlükəsiz keçməsinə dair sazişin bağlanmasına da kömək  edib. Mənbə qeyd edib ki, Nazir bu gün Avropa rəhbərlərinə Türkiyənin “ədalətli və davamlı sülh” tapmaq sayları baradə məlumat verəcək. Həmçinin Ankaranın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini təsdiq edəcək. Mənbənin  sözlərinə görə, Hakan Fidan Türkiyenin gələcək danışıqlarda mühüm rol almaqa hazır olduqunu vurğulayacaq. Nazir həmçinin bəyan edəcək ki, danışıqlar zamanı bütün tərəflər birgə əsas diqqəti güclü regional təhlükəsizlik və sabitliyə, o cümlədən iqtisadi rifaha yönəltməlidir.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir