Bu gün görkəmli nasir, yazıçı, ssenarist Fərman Kərimzadənin (1937–1989) anadan olduğu gündür. Görkəmli ədib Fərman Kərimzadə “Son eksponat”, “Toy toğlusu”, “Ölülər yalan danışmır”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalıq”, “Xallı maral”, “Toy dəvətnaməsi” kimi dəyərli hekayələrin, “Çaldıran döyüşü”, “Xudafərin körpüsü” , “Təbriz namusu”, “Qoca qartalın ölümü”, “Qarlı aşırım” kimi tarixi romanların müəllifidir. F.Kərimzadə uzun tədqiq və araşdırmalardan sonra qələmə aldığı “Xüdafərin körpüsü” dilogiyasında Ağqoyunlular ilə Səfəvilər hakimiyyətinin qovuşduğu dövrü əks etdirmiş, tarixin qaranlıq səhifələri kifayət qədər işıqlandırmışdır.
Fərman Kərimzadənin dəyərli əsərlərindən biri “Qarlı aşırım” romanıdır. “Qarlı aşırım” əsərində yazıçı ötən əsrin 30-cu illərinin ziddiyyətlərini, kollektivləşmə dövrünün çətinliklərini yeni ruhda əks etdirmişdir. Bu əsərin motivləri əsasında 1971-ci ildə “Axırıncı aşırım” bədii filmi ekranlaşdırılmışdır.
Allah rəhmət eləsin!
MUASİRMEDİA.AZ