Hadisə 02 Mart 2025-ci il tarixində İmişli rayonunun Yalavac kəndində qeydə alınıb. 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.
Hadisə imişli rayonunda baş verib.Hərarəti qalxan 4 yaşlı Nurgül Qarayevaya kənd tibb məntəqəsində hərarətin düşməsi üçün antibiotik vurulub.Vurulan iynədən şoka düşən uşaq dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılsada onun həyatının xilas etmək mümkün olmayıb. Qeyd edək ki, azyaşlının ölməsi faktı ilə bağlı olaraq TƏBİB açıqlama yayıb.Həmin açılamada qeyd olunur ki, Martın 2 – də saat 18:50 radələrində 2021-ci il təvəllüdlü şəxs (qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə bir neçə gün davam edən yüksək hərarət şikayəti ilə hospitalizasiya edilib. Azyaşlı xəstəyə hipertermiya diaqnozu təyin olunub, zəruri tibbi yardım göstərilib. Həkim-pediatr Səbuhi Mikayılovun verdiyi məlumata görə azyaşlının valideyinlərinin istəyi ilə onu Qaradonlu Ailə Sağlamlıq Mərkəzində müalicəsinin davam etdirmək üçün müraciət etmişdir. Müalicəsini davam etdirən zaman azyaşlı şoka düşmüş və yenidən İmişli Rayon Mərkəzi Xəstəxanasının təcili təxirəsalınmaz bölməsinə hospitalizasiya olunmuşdur. Həkimlərin çoxsaylı səylərinə və görülən bütün təxirəsalınmaz müalicə tədbirlərinə baxmayaraq xəstəni xilas etmək mümkün olmamışdır. Ölümün səbəbinin dəqiqləşdirilməsi üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (İmişlirayon) təşrih olunması üçün təhvil verilib”. Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

MUASİRMEDİA.AZ
Yaqub Mehdioğlu İmişli.