Biləsuvar rayonunun idman ocağı olan mərkəzi stadionu bərbad vəziyyətə düşüb.
Mərkəzi stadionun bərbad vəziyyətə düşməsindən narahat olan rayon sakinləri və rayonu təmsil edən futbol komandasının üzvüləri onları narahat edən problemlemin aradan qaldırılmasını səbirsizliklə gözləyirlər. Onların sözlərinə görə, stadionun ot örtüyü sıradan çıxıb, oturacaqlar sınıb və dağılıb, eləcə də meydançanın yardımçı binası da əlverişsiz vəziyyətdədir. Sakinlər illərdir bu idman ocağındakı şəraitsizlikdən əziyyət çəkdiklərini bildirir. Qeyd edək ki, rayonun mərkəzi stadionu 1998-ci ilin may ayının 10 – da istifadəyə verilib.Tikildiyi gündən bu idman müəssisəsi rayon sakinlərinin ən önəmli məkanına çevrilib. Stadion mütəmadi olaraq müxtəlif məqsədlərlə istifadə olunub, burada müxtəlif yarışlar, rayon səviyyəli tədbirlər, hətta bayram konsertləri belə təşkil edilib. Rayon sakini, Biləsuvar Futbol Klubunun təsisçisi Zəfər Kazımov şəraitsiz vəziyyətdə də mümkün qədər stadionun imkanlarından istifadə etməyə çalışdığını deyir. Lakin çox zaman stadionun hazırkı vəziyyəti səbəbindən texniki məğlubiyyət qərarı ilə razılaşmalı olduğunu söyləyir. Stadionun hazırkı vəziyyəti ilə bağlı Biləsuvar RİHB – nın ( Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı) Biləsuvar şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən şifahi olaraq bildirdi ki, sözügedən problemdən onlar da xəbərdardılar və stadionun əsaslı təmiri növbəti ilin layihə planına salınıb.

MUASİRMEDİA.AZ
Yaqub Mehdioğlu Biləsuvar