Bakının Sabunçu rayonunda 1977-ci il təvəllüdlü Tural qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aytacı (adlar şərti verilib – red.) qətlə yetirib.
Tural arvadı Aytacla son dövrlərdə ailədaxili münasibətlərinin korlanması, Aytacın ailə münasibətlərinə uyğun gəlməyən hərəkətlər etməsi, yəni, cəmiyyət içində açıq-saçıq geyinməsi, onun barəsində əxlaqa uyğun olmayan, şərəf və ləyaqətinə təsir edən nalayiq ifadələr işlətməsi, ailə başçısı kimi hörmət qoymayıb yad kişilərlə münasibət quraraq xəyanət etməsindən əsəbləşib.
Aytac sonuncu dəfə 10 may 2023-cü ildə saat 10 radələrində yaşadıqları evdə Turala qarşı eyni xarakterli hərəkətləri təkrarlayıb. Bu səbəbdən o, qisas almaq niyyəti ilə arvadını öldürmək qərarına gəlib.
Tural ona qarşı nalayiq ifadələr işlətməsi ilə bağlı avradına yenidən iradını bildirsə də, Aytac buna məhəl qoymayıb. Evin dəhlizində Aytacı boğmağa çalışsa da, qadın əlində tutduğu tozsoranın borusu ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Tural yaxınlıqdakı mətbəxə gedib.
Oradan götürdüyü bıçaqla Aytacın bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurub. Ümumilikdə 9 bıçaq xəsarəti alan Aytac vəfat edib.
İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2004-cü ildə Aytacla evlənib, həmin evlilikdən 3 övladları var: “Son vaxtlar Aytac günbəgün açıq-saçıq geyinir, küçəyə bu formada çıxırdı. Ona geyimilə bağlı irad tutsam da, sözlərimi dinləmirdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ildə Aytacdan boşanmaq üçün Sabunçu Rayon Məhkəməsinə müraciət edib: “Aytac problemlər yaradır, öz bildiyi kimi hərəkət edir, təhqirlə danışır, məni ər kimi saymırdı. Barəmdə polisə şikayət edəcəyini, polisə döyüldüyünü deyərək məni tutduracağını bildirirdi. Buna görə də qorxub boşanma ərizəsini geri götürdüm.
2022-ci ilin avqustunda məhkəməyə müraciət etdim. Bu dəfə ərizəmi geri götürmədim. O vaxtdan məhkəmə mübahisəmiz davam etdi. Evdə mübahisələrimiz isə daha da şiddətləndi”.
Nəsib deyib ki, Aytaca işi ilə bağlı 1350 manat da verib: “Lakin həmin pulu mənə qaytarmadı. Mən Aytacla sevgili olmamışam. Biz sadəcə birlikdə iş görmüşük. O mənim adıma kreditə pul götürüb. Onunla birlikdə mağaza üçün mal götürməyə də gedirdim. Qızının evdə tək olduğunu deyəndə onunla birlikdə evlərinə gedirdik. Aytacın qızı ilə şəkil onda çəkdirmişəm.
Aytacın ailəli olduğunu bilmirdim. O mənə boşandığını, oğlunun atası ilə, qızının isə özü ilə qaldığını və bir həyət içində ayrı-ayrı evlərdə yaşadıqlarını deyirdi. Aytacın ailəli olmağını dəqiqləşdirmək heç vaxt mənə maraqlı olmayıb. Çünki Aytacla birgə iş görmüşük. İstintaq zamanı Aytacın ailəli olduğunu bilmişəm”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.