Xacmaz oğrularını həps etdilər

Hadisə

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində oğurluq hadisələri törətməkdə şübhəli bilinən Həmid Yarəliyev, Zaur Popov, Elşən Mahmudov və Elgün Müseyibov saxlanılıblar

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxslərin qabaqcadan əlbir olaraq rayon ərazisində bir neçə avtomobildən müxtəlif aksesuarlar, səs gücləndiricilər, akkumulyator, eləcə də evlərdən müxtəlif inşaat qurğuları oğurladıqları müəyyən edilib.Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir