Əyalətdə – Göyçayda yaşaya-yaşaya rusca təhsil ala bilmişdi, gözüaçıq bir insandı və kəndin bütün yazı-pozu işləri onun qələmindən keçdiyindən elə camaat arasında da Mirzə İbrahim kimi məşhurlaşmışdı. Rəsul altı yaşındaykən atasını itirdikdən sonra dayısı Hüseyn Rzayevin himayəsində yaşayaraq onun soyadını götürür, “Rza” təxəllüsü ilə yazıb yaratsa da, əslində familiyası Məmmədxanlı idi.
Şairin doğum tarixi haqda dəqiq məlumat yoxdur. Özü tərcümeyi-halında yazır: “Deyilənə görə, mən 1910-cu ildə mayın 19-da anadan olmuşam. Deyilənə görə deyirəm, çünki bu tarix düzgün olmaya bilər. Anadan olduğum ili və günü babam əlyazması ilə Quranın səhifələrindən birində qeyd edibmiş. Babamı dəfn edən zaman (mənim onda üç-dörd yaşım olardı) Quran yoxa çıxıb”.
MUASİRMEDİA.AZ