Prezident İlham Əliyev: Biz Cənubi Qafqazda sülhə nail olmalıyıq

Siyasət

Biz 613 insanın, onlardan 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımını yaddan çıxarmayacağıq. Lakin, eyni zamanda, biz gələcəyə nəzər salmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib.

“Biz Cənubi Qafqazda sülhə nail olmalıyıq”, – deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Bəndlərin əksər hissəsi razılaşdırılıb.

Prezident İlham Əliyev: Biz Cənubi Qafqazda sülhə nail olmalıyıq YENİLƏNİB VİDEO

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir