Bir gün donmuş balıq zavodunda işləyən bir işçi, iş saatının sonuna az qalmış soyuducu otağına daxil olanda səhvən qapını içəridən örtdüyü üçün qapı bağlanır…
“Kömək edin! “deyib qışqırmağa başladı amma iş saatı bitdiyi üçün ətrafda heç kim yox idi. Kişi donaraq həyatını itirəcəyini başa düşür. Lakin bir müddət sonra zavodda işləyən mühafizəçi gəlib otağın qapısını açır və onu qorxunc ölümdən xilas edir .
Növbəti gün zavodun müdürü mühavizəçidən soruşdu:” İşçinin hələ də içəridə olduğunu və otaqda qaldığını necə bildin? “
Mühafizəçi cavab verdi: – Bu otaqda qalan insan hər gün səhər işə gələndə mənə salam verirdi.Və hər gün işdən çıxanda da mənə sağol salamat qal deyib sonra gedirdi.Halbuki digər işçilərin heç biri məni adama sayıb mənə salam vermirdi.
Dünən nə qədər gözlədim hamı işdən çıxıb getdi, amma bu adam çıxmadı deyə, içəri daxil olub onu axtarmağa başladım.Soyuducu otağına da baxanda onun orada qaldığını gördüm.
P.S. Edilən yaxşılıq heç vaxt əvəzsiz qalmır.Adamın verdiyi salamlar köməyinə çatıb həyatını xilas elədi. MUASİRMEDİA.AZ