Tovuz rayonunda muasir standartlı uşaq baxçası açılıb

ölkə
Tovuz rayonunun Cilovdarlı kəndində yeni uşaq baxçası tikilib.
İki qrupdan ibarət 55 yerlik bağça, müasir avadanlıqlar və geniş otaqlarla təchiz olunub. Otaqlar arasında müdür otağı, tibbi müayinə otağı, yemək otağı və idman zalı da yer alır.
Kənd sakinləri yeni baxçanın həm Cilovdarlı, həm də qonşu kəndlərdəki uşaqlar üçün böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
Bildirilib ki, bağçada təkcə Cilovdarlı kəndində yaşayan uşaqlar deyil, ətraf kəndlərdəki uşaqlar da təhsil ala biləcəklər.
Qeyd edək ki, bağça hüquq elmləri doktoru, professor İlham Rəhimovun şəxsi təşəbbüsü və maliyyə vəsaiti hesabına anası Məmmədova Hava Oruc qızının xatirəsinə inşa edilib.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir