Türkan bakteriya içində:Tullantılar yaşayış evlərinin yaxınlığında boşaldılır (VİDEO)

ölkə
Türkan qəsəbəsinin sakinləri yaşayış evlərinin yaxınlığında zibillik yaradılmasından şikayətçidir.
Sakinlər  zibil maşınları tullantıları Türkan qəsəbəsinin yeni yaşayış massivinin yaxınlığına boşaldır.
“Nəticədə, ərazi zibil poliqonuna çevrilib. Ətrafı üfunət iyi bürüyüb. İy hətta evlərə gəlir. Otura bilmirik”, deyə sakinlər bildirib.
Onların sözlərinə görə, problem bir müddətdir ki, mövcuddur. Rəsmi qurumlara müraciət edilsə də, nəticəsi yoxdur.
“Nə Xəzər Rayon İcra Hakimiyyəti, nə də Türkan bələdiyyəsi tədbir görür. Dəfələrlər müraciət etmişik, amma nəticəsi yoxdur. Ərazini xəstəlik mənbəyinə çeviriblər. Yaşayış yerinin yaxınlığında da zibillik olar? Ümumiyyətlə, tullantılar niyə məhz bura boşaldılır, məlum deyil”, deyə şikayətçilər əlavə edib.
Onlar ərazidən çəkilmiş görüntüləri də redaksiyamıza yollayıb. Həmin görüntüləri təqdim edirik.
Seyid
MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir