Şair Molla Vəli Vidadinin nəticəsi general Əliağa Şıxlinski Nigar xanımla ailə həyatı qurmuşdu

Tarix

Şair Molla Vəli Vidadinin nəticəsi general Əliağa Şıxlinski Nigar xanımla ailə həyatı qurmuşdu. Nigar xanım Şıxlinskaya ilk azərbaycanlı şəfqət bacısı və ilk ali təhsilli azərbaycanlı qadındır. O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinin də sədri idi. Bundan başqa 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Şəfqət xidməti”nin banisi olur. Həmçinin Nigar xanım məqalələr yazır, dul qadınların, ailədən məhrum olmuş uşaqların haqlarını qoruyurdu...

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir