İlham ƏLİYEV: “Qlobal sabitliyə nikbin baxmıram”

Siyasət

Dayandırılsa belə, müharibənin yenidən başlamayacağına zəmanət yoxdur.
Əliyev xatırladıb ki, Azərbaycanla Ermənistan arasında 30 ildir ki, atəşkəs sazişi olub: “Bu razılaşma 1994-cü ilin yazında əldə olunub. Lakin bu, müharibənin bitməsi demək deyildi. Yalnız transformasiya baş verib və sülh müqaviləsi imzalanana qədər müharibə bitmiş hesab edilmir. Hələ də İkinci Qarabağ müharibəsinin bitməsindən 5 il keçməsinə baxmayaraq, Ermənistanla böyük sülh razılaşması yoxdur, bəli, yoxdur Ancaq bugünkü vəziyyət sülh müqaviləsi İmzalanana qədər burada sabitlik olmayacaq.
O, sözünə davam edərək, eyni yanaşmanın dünyanın digər bölgələrinə də şamil olunduğunu vurğulayıb: “Təəssüf ki, münaqişələrin sayı artır və həll edilmiş münaqişə axtarsanız, görərsiniz ki, yalnız burada, Qarabağda münaqişə həll olunub. Bu, yeganə münaqişədir ki, beynəlxalq hüquq normaları və tarixi ədalət əsasında həll olunub. Bu həll yolu bütün dünya tərəfindən qəbul edilir”.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir