“Anamla atam ailədə mehriban dolanıblar. Atam rəhmətə gedəndə 41 yaşı vardı. Anamın isə 37. Anam ondan sonra çox əziyyətlər çəkdi, iş yerləri dəyişdi. Sağlığında anam həmişə onun qayğısına qalıb. O, həmişə atama bahalı bir fransız ətiri alırdı. Atamı həmişə o qoxu ilə xatırlayıram. Sonralar nə qədər axtardım, həmin ətirdən tapa bilmədim. Evdə atamın papağı və üzüyü qalmışdı. Atamın papağından da həmin qoxu gəlirdi. Anam o əşyaları kiməsə bağışladı. Atam həmin üzüyü heç vaxt əlindən çıxarmazdı. Sonralar mən ailə quranda həmin üzükdən eynisini axtarıb həyat yoldaşım üçün aldım ki, hər dəfə onun əlinə baxanda atamı xatırlayım… Çünki mən gözümü açandan o üzüyü atamın barmağında görmüşdüm”.
Allah rəhmət eləsin!
MUASİRMEDİA.AZ
MUASİRMEDİA.AZ