Şəhidlərə həsr olunmuş növbəti möhtəşəm tədbir:-FOTOLAR

DIN
 “Mentalitet” Yeni Nəslə Sosial-Mənəvi Dəstək İB-nin təşkilatçılığıyla Bakıda, 16 mart 2025-ci il tarixində, “Mentalitet” Yeni Nəslə Sosial-Mənəvi Dəstək İctimai Birliyinin sədri, ictimai xadim, araşdırmaçı-publisist, ilahiyyatçı, “Mədəni Niyyət” qəzetinin təsisçi və baş redaktoru Hacı Rahim İsmayılovun təşkilatçılığı ilə növbəsi xeyriyyə tədbiri kecçirilib.
Azərbaycan torpaqlarının bütövləşməsi, dövlət müstəqilliyimiz və Qarabağ torpaqları uğrunda canlarını fəda edərək müqəddəslik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlərin növbəti məclisi – müqəddəs Ramazan ayının iftar süfrəsi geniş ictimaiyyətin – şəhid anaları və ailə üzvləri, qazilər, ziyalılar və tanınmışların istirakı ilə baş tutub. İlaxır Çərşənbə və Novruz Bayramına təsadüf edilən budəfəki tədbir, eyni zamanda, Mübarək Ramazan ayının müxtəlif əlamətdar gününə təsadüf edirdi. Peyğəmbər Həzrəti Məhəmmədin (s) nəslinin layiqli davamçısı İmam Həsən (ə) səadətli mövludu ilə üst-üstə düşdüyündən, bu tədbir də məclisdəkilərin ürəyincə oldu. Mənəvi dəyərlərə həsr olunmuş məclis Allahın müqəddəs kəlamı – “Qurani-Kərim”dən müxtəlif ayələrin oxunuşu ilə başlandı. Sonra Azərbaycan torpaqları uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi. Məclisdə Azərbaycan Respublikasının Dövlət Himni oxunandan sonra ilahi musiqi sədaları altında mədəni-ictimai proqramla davam etdirildi. Məclisi giriş sözü ilə açan Hacı Rahim İsmayılov şəhid analarını, onların ailə üzvlərini, qaziləri, mötəbər qonaqları salamladı, tədbirin məramı haqqında məlumat verdi. Tədbir ilahiyyatçı alimlər, ilahi musiqi ifaçıları, şairlər və yazıçılar, tanınmış ictimai xadimlər, tele-viziya aparıcılar, jurnalistlər, QHT sədrləri və nümayəndələri çıxış etdilər. Tanınmış vəkil, fəxri hüquq doktoru, ictimai xadim Şəfiqə Nağıyeva, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www kitabxana net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov, Dəmir Yumruq Alfa-A cəmiyyətinin sədri Ülviyyə Xanım, tanınmış hüquqşunas Zaur Quliyev və digər qonaqlar öz çıxışlarında xalqımın birliyindən, Vətən müharibəsindən qazanılan Zəfərin yüksək dəyərindən danışdılar. Tədbirin xüsusi qonaqları sayılan şəhid analarının və qazilərin çıxışı məclisi daha da nüfuzlu etdi. Milli-mental dəyərlərə sosial-mənəvi dəstək verən möhtəşəm tədbir ehsan süfrəsi ilə davam etdirildi. Sonda bütün qonaqlara xüsusi qablaşdırlmada hazırlanmış Zəm-Zəm suyu hədiyyə edildi.
Allah şəhidlərimizə rəhmət eləsin!

MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir