Sərhəddə səngər qazılır, xüsusi texnika gətirilir

Baş səhifə

Azərbaycanla sülh danışıqlarının mətnini yekunlaşdıran Ermənistanda müharibəyə hazırlıq gedir. Məlumata görə, ABŞ Ermənistandakı hərbi poliqona yeni avadanlıq və texnika göndərməyi planlaşdırır. Bu məqsədlə, Vaşinqton Avropa və Afrikadakı əsas logistika mərkəzi olan Almaniyanın Dulmen bazasından Ermənistana hərbi yüklər daşıyacaq. Avadanlıqların iyulun 16-dan avqustun 7-dək Gürcüstan ərazisindən tranzit keçidi planlaşdırılır. Göndəriləcək 151 ədəd texnikaya nəqliyyat vasitələri, generatorlar və xüsusi konteynerlər daxildir.

ABŞ-ın bu addımı regiondakı geosiyasi proseslərə təsir göstərə bilər. Xüsusilə də, Ermənistanın Azərbaycanla müharibəyə hazırlaşdığı barədə xəbərlər yayıldıqdan sonra bu kimi addımların atılması birmənalı qarşılanmayıb. Onu da qeyd etmək lazımdır ki, ötən gündən davam edərək Ermənistan sərhəddə atəşkəs rejimini pozur.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov açıqlamasında bildirib ki, Ermənistanın ehtiyatda olan hərbçiləri təlimə cəlb etməsi vaxtaşırı baş verir.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir