17-18 mart 2025 – ci il tarixlərində 2 günlük Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Azərbaycan Respublikası Qaçqınları və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq sayəsində AzQAC-in könüllüləri tərəfindən Sabunçu rayonu Bakıxanov qəsəbəsində İqtisadiyyat kolleci,İdman liseyinin və
Neft texnikomunun yataqxanalarında məskunlaşan məcburi köçkün ailələrinə Mina və Partlamamış Hərbi Sursatların Təhlükələrinə ” dair maarifləndirmə sessiyaları keçirildi.Sessiyalar zamanı təlimçilər hər bir mənzilə gedərək sakinlərə məlumatlar verib, onların suallarını cavablandırdılar.
Sessiyalarda Az.QAC Sumqayıt şəhər bölməsinin 4 könüllüsü iştirak etdi.





MUASİRMEDİA.AZ
GÜLƏR AMİN
GÜLƏR AMİN