TRAMP: – BİZ PUTİNLƏ DƏRHAL ATƏŞKƏSİN TƏSDİQ OLUNMASI BARƏDƏ RAZILIĞA GƏLDİK.

Siyasət
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını “çox yaxşı və məhsuldar” adlandırıb. Bu barədə o, ”Truth sosial” səhifəsində yazıb.
O, əlavə edərək deyib: – “Biz bütün enerji və infrastruktur sahələrində dərhal atəşkəsə razılaşdıq, başa düşürük ki, tam atəşkəsə nail olmaq və son nəticədə Rusiya ilə Ukrayna arasında bu dəhşətli müharibəyə son qoymaq üçün işləməyə davam edəcəyik”.
Prezidentlər Vladimir Putin və Donald Tramp arasında təxminən 2,5 saat davam edən telefon danışığı olub. Liderlər təkcə Ukraynadakı münaqişəni deyil, həm də Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. (Erməni mətbuatından)
MUASİRMEDİA.AZ
İSMAYIL TANRIVERDİ BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir