Fransanın Ermənistandakı Səfirinin ermənilərə gözlənilməz C A V A B I

Dünya
Ermənistanın İctimai Radiosuna müsahibəsində Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinyi deyib:
– ERMƏNİSTAN ÖZÜ DƏ DAĞLIQ QARABAĞIN AZƏRBAYCANIN TƏRKİB HİSSƏSİ OLDUĞUNU ETİRAF EDİB.
Əgər siz Dağlıq Qarabağın tanınmasından danışırsınızsa, o zaman Dağlıq Qarabağ nə beynəlxalq ictimaiyyət, nə də Ermənistan tərəfindən dövlət kimi tanınmayıb.
Müxbirin – “Azərbaycanın Ermənistana verdiyi bəyanatlar haqqında nə deyə bilərsiniz ?” – sualına isə, Səfir Azərbaycanın bəyanatlarını şərh etmədiyini deyib.
Bakının “Artsaxı” terrorçu qurum kimi təqdim etdiyi Bakıda “Artsaxın” hərbi-siyasi rəhbərliyinə qarşı məhkəmə işlərinə toxunaraq, səfir deyib: – Terrorizm çox ciddi məsələdir və bu barədə yumşaq danışmaq lazım deyil. Avropa Birliyinin üzvü olan Fransanın terrora münasibəti çox aydındır.
( Erməni mətbuatına istinadən.)

  MUASİRMEDİA.AZ

İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir