Bu gün 19 mart.Əziz dəyərli,çox hörmətli,Aytən müəllimə Ağalarovanın,rəhbərlik etdiyi,Şirvan şəhər 16 saylı məktəbdə,Novruz bayramı münasibətilə,çox gözəl tədbir keşirib.





Novruz bayramı Azərbaycan xalqının ən mühüm və sevimli bayramlarından biridir. O, yazın gəlişini və 20-21 mart astronomik yeni ilin başlanmasını bildirir.
Bayram bir neçə gün davam edir, lakin onun üçün hazırlıq qışın son ayından başlayır. Bu bayramın mahiyyəti ondan ibarətdir ki, insanlar köhnə illə, qışla vidalaşaraq, təbiətin oyanışını bildirən bu bayramı qarşılamağa hazırlaşırlar.
Qədim köklərə malik olan bu bayram bir çox adət və ənənələrə malikdir. Bu adət ənənələr məhv olan və canlanan təbiətlə, sehrli qüvvələrlə bağlıdır. Ay ərzində hər həftənin çərşənbə axşamı günü 4 ünsürə – su, od, torpaq və bayram qabağı sonuncu çərşənbə axşamı – “Axır çərşənbə” küləyə həsr olunur, həmin gün agaclarda tumurcuqlar açır və yaz gəlir. Hesab edilir ki, birinci çərşənbədə su hərəkətə gəlir və yenilənir, ikinci çərşənbədə tonqal qalanır. Bu günlərin hər biri ilə xalq arasında inanclar, şeirlər, ayinlər, oyunlar mövcuddur.
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN