Ərdoğan rejimi açıq-aşkar faşizmi həyata keçirir! Onun polisi insanları küçələrdə vəhşicəsinə döyür, müxalifətçiləri zindanlara atır, mətbuatı boğur, fərqli düşünən hər kəsi düşmən elan edir! Bu qanlı rejimi müdafiə edənlər, ona haqq qazandıranlar, “qardaş ölkədir” deyib göz yumanlar – sizlər də bu cinayətlərdə ortaqsınız!
Türkiyədə polis zorakılığını görüb susan, “Ərdoğan İslamı qoruyur” nağılına inanan, diktatorun cinayətlərini ört-basdır edənlər – sizlər vicdansızlığın, qorxaqlığın, satqınlığın zirvəsindəsiniz! Heç bir dindarlıq, heç bir ideologiya bir zalımı müdafiə etməyə haqq qazandırmır! Ərdoğana trolluq edənlərə səslənirəm: siz xalqın düşmənləri ilə eyni cərgədəsiniz! Bu gün Türkiyədə baş verənlərə haqq qazandıranlar sabah öz ölkələrində eyni zülmün qurbanı olacaqlar, amma onda artıq gec olacaq!
Diktatorun hansı ölkədə olması fərq etmir – istər Türkiyədə, istər Azərbaycanda, istər dünyanın başqa bir yerində – zalıma haqq qazandıran, onun cinayətlərini müdafiə edənlər, sizlər də onun qədər günahkarsınız! Əliyev rejiminin repressiyalarına etiraz edib, amma Ərdoğanın diktaturasına alqış tutanlar, sizlər riyakarsınız! Prinsipli olmaq cəsarət tələb edir – sizdə o cəsarət yoxdursa, heç olmasa, susun və satqınlığınızı gizlədin!
MUASİRMEDİA.AZ