Cəlilabadda maşında doğuş edən qadın dünyasını xəstəxanada dəyişdi Cəlilabad rayonunun Soyuqbulaq kənd sakini 26 yaşlı Nahidə Babək qızı Abbasova dördüncü dəfə uşaq dünyaya gətirdikdən sonra həyatını itirib. Qeyd edək ki, qadın sonuncu hamiləlik dövründə boşanma prossesində imiş. Bir uşağını illər əvvəl itirib. Bir müddət əvvəl həyat yoldaşı iki uşağı götürüb aparmaqla ailə həyatına son verib və cütlük boşanma prossesində imiş. Bu ilin martın 8-də Nahidə Abbasova hamiləliyinin yoxlanılması məqsədi ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lakin burada ona hələ bir həftəlik müddətdən sonra müraciət etməyin lazım olduğunu bildiriblər. Qadın yaxınlarının iştirakı ilə yenidən evə qaytarılıb, lakin məhz yolda o, doğuş keçirib. Doğuşu kustar üsulla, elə avtomobildə həyata keçirmək məcburiyyətində qalan qadının yaxınları onu yenidən xəstəxanaya çatdırıblar. Qeyd edək ki, Cəlilabad rayon MərkəziXəstəxanası reanimasiya şöbəsində 12 gün qalan qadın gözlənilməz şəkildə vəfat edib. Yaxınlarının dediyinə görə hamiləlik keçirmiş Nahidə xəstəxanaya sağ-salamat qəbul edilib. Lakin axşam saatlarında vəziyyəti pisləşdiyindən komaya düşüb. Ölüm hadisəsi ilə bağlı Cəlilabad rayon Mərkəzi Xəstəxanasının da açıqlamasında onun xəstəxanaya huşu aydın vəziyyətdə gətirildiyi bildirilir. Lakin həmin gününü sonunda xəstənin reanimasiya şöbəsinə yerləşdirmə zərurəti yaranıb. Baş verən ölüm hadisəsi ilə bağlı TƏBİB -də müvafiq açıqlama verib. Açıqlamada deyilir ki, zahı qadın şöbəyə gətirilən zaman ümumi vəziyyəti kafi, huşu aydın olub. Uşaqlıq yolunun müayinəsində 2 ədəd kapsullaşmış kista aşkar edilib. Bütün reanimasiyon tədbirlərə baxmayaraq, 20.03.2025-ci il tarixində saat 17:30 radələrində ölüm faktı qeydə alınıb. Qeyd edək ki, vəfat edən Nahidə Abbasova sakini olduğu Soyuqbulaq kənd məzarlığında dəfn edilib. Onun dünyaya gətirdiyi uşaq isə hazırda ana valideyinlərinin nəzarətində və himayəsindədir.Baş vermiş ölüm faktı əsasında araşdırılmalar davam etdirilir.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
YAQUB MEHDİ OĞLU
