Əziz həmvətənlər!
Hörmətli şəhid ailələri, qazilər, müharibə veteranları və hərbi qulluqçular!
Sizi baharın, yeniliyin və birliyin rəmzi olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavan həyat və xoşbəxtlik arzu edirəm.
Novruz xalqımızın qədim ənənələrini, mədəniyyətini və milli dəyərlərini yaşadan, bizi birləşdirən tarixi əhəmiyyətə malik bayramdır. Bu bayram həm də təbiətin oyanışını, torpağa canlanma gətirən ruzi-bərəkəti simvolizə edir. Xalqımız Novruzu hər zaman böyük sevgi ilə qeyd etmiş, onun dərin fəlsəfi mənasını qoruyub saxlamışdır.
Bu gün biz Novruzu qalib xalq kimi qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin igidliyi sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, suverenliyimiz tam təmin edilmişdir. Şəhidlərimizin qanı bahasına əldə edilən bu Zəfər xalqımızın qəlbində əbədi yaşayacaq.
Bu əlamətdar bayramda vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizi dərin ehtiramla yad edir, ailələrinə səbir diləyir, qazilərimizə, müharibə veteranlarına və vətənə sədaqətlə xidmət edən hərbi qulluqçularımıza minnətdarlığımı bildirirəm.
Bu gün də Azərbaycan sərhədçisi xalqımızın bayramı rahat və firavan keçirməsi üçün əcdadlarımıza xas olan döyüş ruhu və yenilməz iradə ilə vətənin keşiyində ayıq-sayıq dayanır, dövlət sərhədinin toxunulmazlığını təmin edir, öz müqəddəs borcunu şərəflə yerinə yetirir.
Bir daha hər birinizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, evinizə bol ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək!
Hörmətlə,
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev.
MUASİRMEDİA.AZ
