Abbas Mirzə Şərifzadə həyat yoldaşı Hənifə xanım və böyük oğlu Ərtoğrolla. 1923-cü il.
Görkəmli aktyor, Azərbaycan SSR Xalq artisti Abbas Mirzə Şərifzadə dekabrın 4-də evində həbs olunur. O, Hüseyn Cavidin və Mikayil Müşfiqin əsərlərini təbliğ etməkdə günahlandırılır. Etiraz olaraq “ümumiyyətlə, mən teatrdan başqa bir şey bilmirəm” deməsinə rəğmən noyabrın 16-sı, 1938-ci ildə güllələnir.
Abbas Mirzə Şərifzadə iki dəfə ailə həyatı qurub. Fotodakılar, yuxarıda qeyd etdiyim kimi, onun həyat yoldaşı Hənifə xanım və oğlu Ərtoğroldur. Çox insan onun Hənifə adında həyat yoldaşının və Ərtoğrul adında oğlunun olduğundan xəbərsizdir. Ona görə təqdim etdiyim fotonu seçdim ki, izləyicilər bu məlumatdan hali olsunlar.
Abbas Mirzə Şərifzadə 1921-ci ildə Hənifə Akçurina ilə ailə qurur. Bu evlilikdən onların iki oğlu olub. Abbas Mirzənin ikinci həyat yoldaşı isə aktrisa Mərziyyə Davudova olub. 1936-cı ildə onların hər ikisi Xalq artisti adına layiq görülüb. Cütlüyün Firəngiz adlı qızları doğulub. Firəngiz Şərifzadə də sonralar valideynlərinin yolunu davam etdirərək aktyorluq sənətini seçir.
Bu gün Abbas Mirzə Şərifzadənin doğum günüdür. O, səhnəmizin ilk “Hamlet”i idi…
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU
MUASİRMEDİA.AZ
MƏCİD RƏŞADƏTOĞLU