Şəhid Əbdülməcid. Şair Gilə Dərya Bayramova

Cəmiyyət

Şəhid Əbdülməcid. 

Şəhid anasıyam,içim qanıyır,
Cənnətdə gör səfa,sən Əbdülməcid.
Alıb vətəndən,dözümü,səbrini,
Cənnətdə gör səfa,sən Əbdülməcid.

Doymadım ki, sənin ana sözündən,
Mərd kimi yağırdı,ümid üzündən.
Qisas almaq,görünürdü gözündən,
Cənnətdə gör səfa,sən Əbdülməcid.

Yağı əsir oldu,qara qul kimi,
Düşməni məhv etdin,saxta pul kimi.
Vətənim azaddır,indi gül kimi,
Cənnətdə gör səfa,sən Əbdülməcid.

Laylay çaldım,ağı dedim sənə mən,
Dərdinə dərman olaram,yenə mən.
Oğul deyib,ağlayaram gündə mən,
Cənnətdə gör səfa,sən Əbdülməcid.

Ceyran anan düşdü əldən-ayaqdan,
Bağrıma basıb deyirəm,ona can.
Vətən azaddır,tökülsə də çox qan,
Cənnətdə gör səfa,sən Əbdülməcid.

Gilə Dərya Bayramova:
Ceyran ananın oğlu şəhid Əbülməcid.

Şair Gilə Dərya Bayramova.

Vətənin səsiyəm,bilin dərdimi,
Olub vətənə səda Əbdülməcid.
Ağır müharibə alıb səbrimi,
Olub vətənə fəda,Əbdülməcid.

İncimərəm,ana vətən sözündən,
Həsrət,ümüd,kədər yağır üzündən.
Çırağımı söndürmüsən gözümdən,
Yetiş məqama,ada Əbdülməcid.

Qəlbim yaralı,xarı bülbül kimi,
Saçlarım səpələnib,sünbül kimi.
Koram tüstüsünə,oldum kül kimi,
Cənnətə yetişə,çata Əbdülməcid.

Atıb getdin,neyləmişdim sənə mən,
Güc gələcəm ayrılığa,yenə mən.
Fədakaram,ağlaram hər günə mən,
Bac vermədin,sən yada Əbdülməcid.

Sən ananı saldın,əldən ayaqdan,
Gilə Dərya dua edir bayaqdan.
Ağ telləri tutmur siyah boyaqdan,
Torbağı vermədin,yada Əbdülməcid.

 MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir